31.03.2017

Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya düşdü

Bakının mərkəzində səfirlik avtomobili qəzaya uğrayıb.

METBUAT.info Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Puşkin küçəsi ilə Xaqani küçələrinin kəsişməsində, naməlum avtomobil küçədə dayanmış ABŞ-nın Azərbaycandakı səfirliyinə məxsus və səfirliyin əməkdaşı Maykl Meridisin idarə etdiyi 006 D005 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili vurub.

Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Araşdırma aparılır.

a>