13.03.2017

Azərbaycanlı müğənni dünyasını dəyişdi

ATV telekanalında yayımlanmış “Azərbaycanın səsi - 2016” yarışmasının finalçılarından olan Rəşad Ənvəroğlu dünyasını dəyişib.

METBUAT.info-nun Milli.Az-a istinadla məlumatına görə, təxminən üç həftə öncə işləmək üçün Rusiyaya gedən gənc ifaçı axşam saat 5-6 radələrində naməlum səbəblərdən vəfat edib.

İddialara görə, Rəşad namaz vaxtı vəfat edib. Müğənninin ölümü ilə bağlı paralel olaraq başqa bir versiya da səsləndirilir. Belə ki, onun Rusiyada çalışdığı restoranda toy idarə edərkən dünyasını dəyişdiyi söylənilir.

Qeyd edək ki, əslən Göyçay rayonundan olan Rəşad 2 azyaşlı övlad atası idi.