1.03.2017

Azərbaycanlı idmançılar Bolqarıstandan medalla qayıtdılar – FOTO

Azərbaycan Respublikası Milli Ciu-Citsu Federasiyasının yığma komandasının üzvləri - 1-ci Dan qara kəmər sahibi Vüqar Cəfərov, 1-ci Dan qara kəmər sahibi Orxan Rüstəmli, güləş üzrə idman ustasına namizəd, ciu-citsu (nevadze sistem) üzrə idman ustasına namizəd, Braziliya ciu-citsu üzrə çəhrayı kəmər sahibi Camalbəyli Riad 21-26 fevral tarixlərində Bolqarıstanın Bansko şəhərində Güc Strukturları arasında keçirilən ciu-citsu (“fighting” sistem, nevadze sistem) idman növü üzrə Dünya çempionatında iştirak ediblər. Həmin yarışda yığmamız müvəffəqiyyətlə çıxış edərək 3 gümüş, 1 qızıl medal qazanıb.

Vüqar Cəfərov 30-35 yaş masterlər arasında “fighting” sistem üzrə 69 kq çəki dərəcəsində qızıl medala layiq görülüb və ümumi yaş kateqoriyasında “fighting” sistem üzrə 69 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Xatırladaq ki, Vüqar Cəfərov ciu-citsu (“fighting” sistem) idman növü üzrə dəfələrlə respublika ve beynəlxalq yarışların qalibi olub. 2014-cü ildə cüdo idman növü üzrə Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Veteranlar arasında Avropa çempionatında 60 kq çəki dərəcəsində bürünc medala qədər yüksəlib.

Orxan Rüstəmli “fighting ”sistem üzrə 94 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Yığma komandanın üzvü dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. 2013-cü ilin noyabr ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən gənc və yeniyetmələr arasında Dünya çempionatında 94 çəki dərəcəsində bürünc medala layiq görülüb.

Camalbəyli Riad nevadze sistem üzrə 77 kq çəki dərəcəsində gümüş medal qazanıb. İdmançımızın əvvəlki yarışlardada bir neçə nailliyyətləri olub. Fransanın Paris şəhərində keçirilən Avropa çempionatında gümüş medalın sahibi olub. Almaniyanın paytaxtı Berlin, İspaniyanın paytaxtı Madrid və Fransanın paytaxtı Paris şəhərlərində ciu-citsu (“gi/nogi”) idman növü üzrə keçirilən ölkə çempionatlarının qalibidir. Qrapplinq üzrə Bakı çempionatında qızıl medala layiq görülüb. Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Moskva Vilayəti çempionatında ciu-citsu idman növü üzrə ikiqat çempion olub.

a>