24.03.2017

Azərbaycanda virtual laboratoriya yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu elmi tədqiqatların aparılması üçün virtual laboratoriyanın yaradılması üzrə təcrübi iş aparır. 

METBUAT.info xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, institutun virtual laboratoriyanın istismara verilməsi üzrə planı aprelin əvvəlində açıqlanacaq. Laboratoriya beynəlxalq sertifikat alındıqdan sonra istifadəyə veriləcək.

Virtual laboratoriyanın istismara verilməsi üçün Geologiya və Geofizika, eləcə də Neft və Qaz və Radiasiya Problemləri institutlarına əsaslanan zəruri avadanlıqlar installyasiya olunub.

Laboratiyanın imkanlarından AMEA-nın institut və struktur bölmələrinin elmi əməkdaşları, həmçinin ölkənin elmi tədqiqat və təcrübələr aparan ali təhsil müəssisələri yararlana biləcəklər.

Virtual laboratoriya hesablama gücləri və mərkəzləşdirilmiş idarəetmədən səmərəli istifadə məqsədilə yaradılır.

a>