27.03.2017

Azərbaycanda qəribə hadisə: Toyuna gəlməyənləri məhkəməyə verir

Azərbaycanda adı açıqlanmayan bir şəxs tərəfindən vəkilə qəribə müraciət edilib.

METBUAT.info xəbər verir ki, bu barədə ölkə.az-a hüquqşünas-vəkil Vüqar Səfərli məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət edib:

“Təbii ki, tragikomik durumdur. Belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illər Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar”.

Qeyd edək ki, bir neçə gün öncə açıqlanan rəsmi statistikada ölkəmizdə hər gün 36 ailənin dağıldığı bildirilirdi.

a>