14.03.2017

Azərbaycanda dollar ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 15-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7282 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin 0,89% ucuzlaşması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə də dolların məzənnəsi isə 1,7437 manat olub.