28.03.2017

Azərbaycanda dollar bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 29-a olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən METBUAT.info-ya verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7220 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin daha 0,11% bahalaşması deməkdir.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb.
Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə də dolların məzənnəsi isə 1,7201 manat olub.

a>