9.03.2017

Azərbaycan yığmasından ilin ilk qələbəsi

Futbol üzrə Azərbaycan milli komandası cümə axşamı, martın 9-da, Qətər yığmasına qarşı yoldaşlıq oyunu keçirib.

METBUAT.info xəbər verir ki, Dohanın “Əl-Sadd” stadionunda keçirilən matç millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 52-ci dəqiqədə açılıb. Tərlan Quliyev yerli azarkeşləri məyus edib. Meydan sahibləri bu qoldan üç dəqiqə sonra hesabda tarazlıq yaradıblar. Rodriqo Tabata adını tabloya yazdırıb. Millimizin qələbə qolunu isə matçın 62-ci dəqiqəsində Araz Abdullayev vurub.

Qeyd edək ki, bu Robert Prosineçkinin yetirmələrinin 2017-ci ildə ilk sınağı idi.

Yığmamız növbəti görüşünü futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çəçivəsində Almaniya millisinə qarşı keçirəcək.

Martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. [oxu.az]