16.03.2017

Azərbaycan vətəndaşlarına da “Tax Free” tətbiq olunacaq

“Dünyada ilk dəfə olaraq Bakıda keçiriləcək şopinq-festivalda Azərbaycan vətəndaşlarına da “Tax Free” tətbiq ediləcək”.

METBUAT.info Fins.az-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Onun sözlərinə görə, ötən ilin iyulundan bu günə qədər xaricilərin Azərbaycanda alış-verişləri nəticəsində ölkəyə 12 milyon manat daxil olub. Onun 1 milyon manatı “Tax Free” kimi geri qaytarılıb.

Xatırladaq ki, Azərbaycanda hələlik 254 ticarət və xidmət obyekti “Tax Free” sisteminə qoşulub.

a>