25.03.2017

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev banqladeşli həmkarı Əbdül Həmidə bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

a>