2.03.2017

Azərbaycan çempionatında dava düşdü

Azərbaycan çempionatında 17 yaşadək futbolçular arasında keçirilən “Zirə” – “Neftçi” matçında dava düşüb. 

METBUAT.info Report-a istinadən xəbər verir ki, kütləvi insidentin səbəbkarları “Zidə”dən Ramil Məmmədbağırov, “Neftçi”dən isə Mehman Mənsimov olub.

Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. “Zirə” və “Neftçi” klublarına xəbərdarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə, hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Zirə”nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.