13.03.2017

Azərbaycan Abxaziyada keçirilmiş qondarma seçkiləri tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən METBUAT.info-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır:

“Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir”.