27.03.2017

Aygün Kazımova dünyaca məşhur mükafata namizəd oldu

Xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards - 2017” mükafatlandırma mərasimində iştirak edəcək.

METBUAT.info xəbər verir ki, bu haqda sosial şəbəkədə ifaçının özü məlumat verib.

Hər il Almaniyada keçirilən bu mükafata namizəd olanlar arasında Azərbaycandan A.Kazımovanın da adı salınıb.

O, ötən il Almaniyanın Hamburq şəhərində keçirilən mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb.