17.03.2017

Avstraliyada havada təyyarənin pəri qopdu

Avstraliyanın “Regional Express” aviaşirkətinə məxsus təyyarə Sidney Beynəlxalq Hava Limanına təcili eniş edib.

METBUAT.info bu barədə TASS-a istinadən xəbər verir.

Göyərtəsində 16 nəfər olan “Saab 340” təyyarəsi Olberi şəhərindən (Yeni Cənubi Uels ştatı) Sidneyə regional uçuş həyata keçirib. Pilotlar işləyən bir pərlə yerə enməyi bacarıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı araşdırma aparılır.

a>