15.03.2017

Amerikalı qız Azərbaycan dilində meyxana dedi – VİDEO

Azərbaycanlı oğlanla amerikalı qız birgə meyxana deyib.

METBUAT.info Day.Az-a istinadla bildirir ki, “YouTube” kanalında #MrAmanoff adlı istifadəçinin yüklədiyi bu görüntülər izləyənlərin marağına səbəb olur.

Belə ki, azərbaycanlı oğlanla amerikalı qız Cavid və Ehtiram adlı meyxanaçıların “Hallana-hallana gəzirəm” meyxanasını deyirlər.

Videonun harada çəkildiyi məlum olmasa da, amerikalı qızın Azərbaycan dilində bildiyi açıq-aydın görünür.