22.03.2017

Almaniyanın yeni prezidenti məlum oldu

Almaniyanın yeni prezidenti Frank-Valter Ştaynmayer vəzifəsinin icrasına başlayıb

"METBUAT.info" xəbər verir ki, Almaniya parlamentinin iclas zalında bundestaq və bundesratın üzvlərinin iştirak etdiyi tədbirdə yeni prezidentin inauqurasiya mərasimi keçirilib. Frank-Valter Ştaynmayer Almaniyanın 12-ci prezidenti kimi fəaliyyətə başlayıb.

Andiçmə mərasimində yeni prezident Almaniya vətəndaşlarının hüquqlarını qoruyacağına və vəzifələrini layiqincə icra edəcəyinə and içib. Bundan sonra Frank-Valter Almaniya ali qanunverici orqanın deputat və nümayəndələrinə müraciət edib.

12 fevral tarixində keçirilən Federal məclisdə Ştaynmayer ilk turdaca qələbə qazanmışdı. Onun lehinə bundestaq və bundesratın 931 deputatı və təmsilçisi səs verib. 103 nəfər əleyhinə səs verib.
Qeyd edək ki, Ştaynmayer Yoahim Qauku əvəz edəcək.

a>