16.03.2017

Almaniyalı nazirə bomba göndərilib

Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.

Bağlama Yunanıstandan, “Yeni demokratiya” müxalif partiyasının sədri Adonis Georiadisin adından göndərilib. Siyasətçi buna aidiyyəti olduğunu təkzib edib.

METBUAT.info xəbər verir ki, bu barədə “Proto tema” nəşri məlumat yayıb. [oxu.az]

V.Şoybleyə ünvanlanan şübhəli bağlamanı nazirliyin ekspeditor xidmətinin əməkdaşları aşkarlayıb.

Hadisə yerinə cəlb edilən mütəxəssislər qutuda pirotexnika məhsullarının istehsalında istifadə edilən partlayıcı maddə tapıblar. Berlin polisinin nümayəndəsi tapıntının təhlükəli olduğunu təsdiqləyib.

“Təəssüf ki, bu, həqiqətdir və gülməli deyil”, - siyasətçi “Twitter” hesabında yazıb.
Bir neçə saat öncə isə Georiadisə məxsus kitab mağazası yaxınlığında əldəqayırma partlayıcı qurğu işə salınıb.

a>