25.03.2017

Almaniya futbolçuları Bakı küçələrini gəzdilər – VİDEO

Dünən axşam saatlarında Azərbaycana gələn Almaniya yığmasının futbolçuları bu gün Bakıda gəzintiyə çıxıblar.

METBUAT.info-nun məlumatına görə, futbolçular “Hilton” hotelindən Dənizkənarı Milli Parka, oradan isə İçərişəhər küçələrinə yollanıblar. [oxu.az]

Bu gün saat 17:45 Almaniya yığması Tofiq Bəhrəmov adına Respublika stadionunda məşq keçirəcək.

Azərbaycan-Almaniya matçı sabah saat 20:00-da başlayacaq.