19.03.2017

Ağ Ev Trampın Merkelin əlini sıxmamasına aydınlıq gətirib

ABŞ mətbuat katibi Şon Spayser ABŞ prezidenti Donald Trampın Almaniya baş naziri Angela Merkelin əlini sıxmamasına aydınlıq gətirib.
METBUAT.info-nun məlumata görə, Ş. Spayser D. Trampın jurnalistlərin bununla bağlı müraciətini eşitmədiyini güman etdiyini söyləyib.

Qeyd edək ki, D. Tramp və A. Merkelin görüşü zamanı jurnalistlər onların bir-birlərinin əlini sıxmasını xahiş ediblər. A. Merkel də D. Trampın əlini sıxmaq üçün baxsa da, D. Tramp ona reaksiya verməyib. APA

a>