29.03.2017

ABŞ Türkiyədə terror təhdidinə dair xəbərdarlıq edib

ABŞ-ın Dövlət Departamenti vətəndaşlarını Türkiyədə terror təhdidinə dair xəbərdarlıq edib.

METBUAT.info oxu.az-a istinadən xəbər verir ki, müvafiq qərar Dövlət Departamentinin saytında yerləşdirilib.

Departament ABŞ vətəndaşlarına lazım olmadıqca bu Türkiyəyə səfər etməməyə, səfər etmək qərarına gəldikləri halda isə ölkənin cənubi-şərqinə səyahət etməməyə çağırıb. Səbəb isə həmin ərazidə mövcud olan daimi terror təhlükəsidir.

a>