26.03.2017

ABŞ səkkiz Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib

ABŞ Suriya, İran və Şimali Koreya ilə bağlı kütləvi qırğın silahlarının yayılmamasına dair Amerika qanunları ilə əlaqədar 8 Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti nümayəndəsinə istinadən RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, tətbiq edilən sanksiyalar sözügedən qanunvericiliyin tələbinə uyğun olaraq fəaliyyətin mütəmadi olaraq aparılan qiymətləndirməsinin nəticəsi olub.

a>