25.03.2017

ABŞ-ın dövlət katibi Ərdoğanla görüşəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bu barədə cümə günü Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət katibi Ankaraya martın 30-da yollanacaq. Tillerson orada Ərdoğanla yanaşı, digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Görüşlərdə NATO çərçivəsində əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin “gələcək yolları” müzakirə olunacaq.

Ardınca Tillerson NATO-nun baş qərargahına getmək üçün Brüsselə yola düşəcək.

a>