17.03.2017

ABŞ Hələbdə məscidi bombaladı – FOTO

Suriyanın Hələb şəhərində Etarib rayonunun Cina kəndində məscidə havadan hücum edilib.

METBUAT.info Hurriyete istinadən xəbər verir ki, namaz vaxtı həyata keçirilən hücumun nəticəsində 58 nəfər ölüb.

Bundan başqa, hücum nəticəsində 100-dən çox adamın yaralandığına dair məlumat da yayılıb. Hücum zamanı məsciddə 300-ə yaxın adam olub.

Suriyanın mülki müdafiə nümayəndəsi Yahya Cevad jurnalistlərə verdiyi açıqlamasında “Hərbi təyyarə Hələbin Etarib rayonunun Cina kəndində yerləşən məscidi bombaladı” deyib.

Cevad sonda dağıntılar altından çıxarılan ölənlərin sayının 58-ə çatdığını bildirib. “Mülki müdafiə bölükləri hücuma məruz qalan məsciddə dağıntılar altında qalan insanları xilas etməyə çalışır. Hücum zamanı məsciddə 200-dən 300-ə qədər adam olub”.

ABŞ SQ komandanlığı (CENTCOM) hücumun həyata keçirildiyini inkar etməyib. Baş verən hadisə ilə əlaqədar verilən açıqlamada hücum İdlibdə “Əl Qahidə” terror təşkilatının yaraqlılarının toplaşdığı məkana edildiyi bildirilib.

Jurnalistlərin İdlib əməliyyatı ilə Cina kəndində həyata keçirilən hava hücumunun eyni əməliyyat olmasına dair sualına gəldikdə isə, CENTCOM nümayəndəsi hücumun İdlibdə deyil, Hələbin Cina kəndində həyata keçirildiyini təsdiqləyib.

Dini İşlər Nazirliyin rəhbərliyi Məhməd Görməz hücumla əlaqədar “Twitter” hesabında “Bir insanı səcdədə olarkən öldürməyin və bir məbədin partladılmasının nə Allah, nə də bəşəriyyət qarşısında bir izahı ola bilməz” yazıb.


























a>