25.03.2017

ABŞ-da təyyarə yaşayış evinə çırpıldı – VİDEO

ABŞ-ın Corciya ştatının Kobb dairəsində kiçik motorlu Cessna Citation I təyyarəsi yaşayış evinə çırpılıb.

METBUAT.info-nun xəbərinə görə, aviaqəza martın 24-də baş verib.

Şahidlərin biri tərəfindən lentə alınan hadisənin görüntüləri YouTube portalında Storyful News səhifəsində yerləşdirilib.

Bildirilir ki, təyyaradə yalnız bir pilot olub, o da hadisə yerində ölüb. Dairə sakinlərindən heç biri xəsarət almayıb.

Mülki Aviasiya Federal İdarəsinin nümayəndəsi jurnalistlərə açıqlamasında qeyd edib ki, təyyarə Corciya ştatının Atlanta şəhərinin Fulton Kaunti hava limanına istiqamətlənirdi.

Qəzanın səbəbləri hələlik məlum deyil.

a>