28.03.2017

ABŞ-da ailə Allah soyadı üçün məhkəməyə müraciət edib

Amerikada evli cütlük Corciya ştatının hakimiyyətini məhkəməyə verib, səbəb isə qızlarına doğum haqqında şəhadətnamənin verilməsinə imtina olub.

METBUAT.info Oxu.Az-a istinadən xəbər verir ki, ailə körpə qızlarının soyadını Allah yazdırmaq istəyir.

Səhiyyə Nazirliyi 22 aylıq qıza bu soyadının yazıldığı şəhadətnaməni verməkdən imtina edib.

Uşağın valideynləri Elizabet Hendi və Bilal Uolk qızlarına Zaliha Qreysful Lorreyna Allah adlandırmaq qərarına gəliblər.

Amma ştatın qanunlarına görə, uşaq ya ananın, ya anasının soyadını və ya iki soyadın birləşməsini daşımalıdır. Ştat hakimiyyəti uşağı nə atasının, nə də anasının daşımadığı Allah soyadı ilə qeydiyyatdan keçirməyə imtina edib.

Valideynlərin adından Səhiyyə Nazirliyinə qarşı iddianı Corciyada yerləşən Amerika Vətəndaş Azadlığı İttifaqı (ACLU) irəli sürüb.

Qızın atası “Atlanta Journal-Constitution” ilə söhbət zamanı bildirib ki, onun fikrincə, bu gözəl addır və dinlə heç bir əlaqəsi yoxdur.

“Bu, düzgün deyil və bizim hüquqları pozur”, - Uolk bəyan edib. Onun sözlərinə görə, dövlətin onların uşaqlarını faktiki olaraq adsız qoyması yolverilməzdir.

a>