15.03.2017

Abid Şərifov: Bütün mikrorayonlar hissə-hissə söküləcək

“Nazir Kabinetinin belə bir qərar verməsinə mən çox sevinirəm”.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov jurnalistlərə Nəsimi rayonu ərazisində yerləşən 1-ci mikrorayonunda binaların sökülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, layihə Fövqəladə Hallar Nazirliyi tərəfindən təklif edilib:

“Keçmiş Sovetlər birliyində insanları mənzillə təmin etmək ən ciddi problemlərdən biri idi. 1-ci mikrorayon və digər ərazilərdə inşa edilən panel binalar fıransızlar tərəfindən müvəqqəti yaşamaq üçün tikilib. Bütün bəla bu binanın ancaq beton panellərlə tikildiyinə görə, bütün normativlər pozulub. Belə evlərdə yaşayanların əksəriyyəti xəstələnirlər.

Hətta bir müddət mən də o evlərdən birində yaşamışam. Bu evlərdə problem çoxdu və başdan-ayağa xəstəlikdir.

Ona görə də, bu evlərin sökülməsini mən təqdirəlayiq hal hesab edirəm. Bu möhtəşəm bir layihədir. Bütün mikrorayonlar hissə-hissə söküləcək. Onların yerində 9-12 mərtəbəli binalar tikiləcək. Həmçinin bütün sosial obiyektləri ilə birlikdə söküləcək”.

a>