20.03.2017

17 yaşlı İbrahim İsveç tamaşaçılarını ifası ilə ağlatdı - VİDEO

METBUAT.info-nun məlumatına görə, İsveçdə yaşayan 17 yaşlı azərbaycanlı İbrahim Nəsrullayev qatıldığı yerli musiqi yarışında favoritə çevrilib. TV4 telekanalının təşkil etdiyi “Talent 2017” istedadlar müsabiqəsində İbrahimin isveç dilində ifası bütün zalı, o cümlədən münsifləri ağladıb. İfasını bitirəndə zaldakı tamaşaçılar azərbaycanlı gənci ayaq üstə alqışlayıblar.


Telekanal xəbər verib ki, Nəsrullayev ailəsi İsveçə bir il əvvəl miqrant olaraq gəlib. METBUAT.info

a>