1.10.2017

Azərbaycanda 24 barmağı olan uşaq əməliyyat olundu - VİDEO

Azərbaycanda 24 barmağı olan körpə əməliyyat edilib. Həkimlər əl və ayaqlarının hər birində 6 barmağı olan uşağın əlavə barmaqlarını götürüblər. Hazırda 6 aylıq körpənin əməliyyatdan sonra vəziyyəti yaxşıdır.
Azərbaycanda əl və ayaqlarının hər birində bir artıq barmağı olan altıaylıq körpə əməliyyat olunub. 24 barmaqlı körpənin ümumilikdə 4 barmağı kəsilib.

Artıq barmaqlar qismən hərəkətli olsa da, həkimlər gələcəkdə problem olmaması üçün onları əməliyyatla götürüblər.

Əməliyyatı həyata keçirən uşaq cərrahı Toğrul Ömərovun sözlərinə görə, əldəki artıq barmaqlar aydın bilinsə də, ayaqda olan barmaqları müəyyən etmək çətin olub. Yalnız rentgen zamanı ayaqda olan artıq barmaqlar müəyyən edilib.

Toğrul Ömərovun sözlərinə görə, həmin barmaqların əsas sümüyü olmadığından heç bir funksiya yerinə yetirməyəcəkdi və gələcəkdə hərəkət pozğunluğuna səbəb olacaqdı. Üstəlik, həmin barmaq digər barmaqların inkişafına da problem yaradacaqdı.

Həkimlər belə hallarda valideynləri diqqətli olmağa çağırırlar. Çünki bu tip əməliyyatlar nə qədər tez həyata keçirilsə, uşağın gələcək sağlamlığı da bir o qədər möhkəm olar.

27.09.2017

Turan İbrahimovun ATV-nin efirində səsləndirdiyi qalmaqallı fikirlər (VİDEO)

Aparıcı Turan İbrahimovun ATV-nin efirində səsləndirdiyi fikirlər böyük səs-küyə səbəb oldu.

METBUAT.info-nun məlumatına görə, Turanın qalmaqallı fikirləri nəticədə ATV-nin prezidenti Vüqar Qaradağlının kanaldan uzaqlaşdırılmasına səbəb oldu.

Aparıcının "ATV səhər" verilişindəki çıxışları birmənalı qarşılanmadı. Xüsusilə, Allahşükür Paşazadənin qudası Hacı Qalib və Bakı meri Hacıbala Abutalıbov haqqında çıxışları geniş müzakirələrə səbəb oldu.

Turan İbrahimovun ATV-nin efirində səsləndirdiyi fikirlər sonda kanalda böyük kadr dəyişiklərinə gətirib çıxardı.

Aparıcının səs-küylü çıxışlarından bəzilərini təqdim edirik:


Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.

Müdafiə Nazirliyindən METBUAT.info-ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

ATV-dən işdən çıxarılan aparıcı ölkəni tərk etdi

ATV telekanalında baş verən proseslərdən sonra aparıcı Azər Zahid də işdən çıxarılanlar arasındadır.

METBUAT.info turkustan.info-ya istinadən bildirir ki, telekanalın yeni prezidenti “Yoxlama” verilişinin fəaliyyətinin dayandırıldığını və Azər Zahidin xidmətlərinə ehtiyacı olmadığını bildirib.

Məsələ ilə bağlı aparıcı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Azər Zahid təyyarədə olduğunu və bu haqda danışa bilməyəcəyini bildirib.

Dubayda “süni Mars” yaradılacaq – FOTO

Dubay əmirliyində Marsdakı həyat şəraitinin bənzəri olan rayon inşa ediləcək.

METBUAT.info Report-a istinadən xəbər verir ki, bu barədə yerli “The National” nəşri məlumat yayıb.

Dəyəri 136 milyon dollar olan “Mars elmi şəhəri” (“Mars Scientific City”) layihəsini Dubayın vəliəhdi, BƏƏ-nin baş naziri Məhəmməd bin Rəşid hökumət iclasında təqdim edib.

“Mars Scientific City” 176,5 kvadrat metr ərazini əhatə edəcək.

Bildirilir ki, ərazidə tikiləcək biokubların içində “Mars mühiti”ndə bitkilərin becərilməsi üzrə təcrübələr aparılacaq. Plana görə, şəhər özünü həm də qida məhsulları, su və enerji ilə tam təmin etməlidir.






26.09.2017

Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən METBUAT.info-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 16-18° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18°, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Xəbərdarlıq

Sentyabrın 27-28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 5-7° aşağı enəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 27-28-də Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, arabir güclənən mülayim küləkli və yağışlı hava şəraiti, temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 21-26° isti, dağlarda gecə 6-11°, gündüz 12-17° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Sentyabrın 27-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

NATO-nun xüsusi nümayəndəsi Zakir Həsənovla danışıqlarda

Sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

METBUAT.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan Müdafiə naziri xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir. Nazir NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionun təhlükəsizliyinə ciddi təhdiddir.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Alyansın müxtəlif proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq

“Oyunçuların hamısını oynatmağa çalışırıq. Futbolçuların hamısına şans vermək istəyirik. Heyəti rəqibə görə formalaşdırmırıq. Hazır olanı meydana buraxırıq. Mənim “Qarabağ”a, onun tarixinə böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, çox çətin olacaq”.

METBUAT.info-nun məlumatına görə, bu sözləri “Roma”nın baş məşqçisi Eusebio Di Françesko futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Roma”nın texniki cəhətdən “Qarabağ”dan üstünlüyü çoxdur:

“Hər bir oyunun nəticəsi bizim üçün əhəmiyyətlidir. Seçdiyimiz siyasət bəllidir: bütün rəqiblərə qarşı sərt və qəddar olmaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. Rəqibə heç bir güzəşt olmayacaq. Heyəti bütöv şəkildə dəyişə bilmərəm. Hansı dəyişikliklərin olacağını da indidən söyləmək düz olmaz”.

Eusebio Di Françesko “Qarabağ”ın futbolçusu Mahir Mədətovdan da danışıb:

“Çox maraqlı oyunçudur. Uzaqdan zərbələri ilə seçilir. Burada onu da izləyəcəyik. Lakin burada olmaqda məqsədimiz “Qarabağ”a qarşı oynamaqdır. Həm də rəqibin heyətində Dino Ndlovu, Pedro Enrike kimi daha güclü futbolçular var”.

Dolların kəskin ucuzlaşması ilə bağlı EKSPERT RƏYİ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb. Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi 1,7008 manat təşkil edib. Dolların manata nisbətdə məzənnəsinin bundan sonra hansı həddə formalaşacağı sual doğurur.

METBUAT.info-nun məlumatına görə, bu mövzuda Oxu.Az-ın sualına cavab verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Mərkəzi Bank manatın hazırkı məzənnəsini qoruyub-saxlamağa çalışır: "Nəzərə alsaq ki, yay aylarında keçirilən hərraclarda valyutanın əhəmiyyətli hissəsi satılmırdı, lakin Mərkəzi Bank dolları ucuzlaşdırmırdı və ya manatı mövcud məzənnəsindən çox bahalaşdırmırdı”.

V.Bayramov deyir ki, Mərkəzi Bank manatın kəskin möhkəmlənməməsinə çalışır: “Dünya bazarında dolların ucuzlaşması prosesi gedir. Bir tərəfdən, Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır. Bununla da ucuz dollarla ixrac imkanlarını genişləndirmək istəyir. Başqa tərəfdən, neft bazarı dolların aparıcı valyutalara nisbətdə məzənnəsinə təsir göstərir. Düşünmürəm ki, bugünkü hərracda dolların kəskin ucuzlaşması gələcəkdə də məzənnənin düşməsinə gətirib-çıxarsın”.

Onun sözlərinə görə, indiki məqamda dolların kəskin ucuzlaşması gözlənilmir: “Manatın dollara qarşı məzənnəsi həm də digər makroiqtisadi ixrac qabiliyyəti kimi faktorlar əsasında müəyyənləşir. Bu baxımdan, hələlik manatın kəskin möhkəmlənməsi, əvvəlki məzənnəsinə qayıtması gündəmdə deyil. Dolların manata nisbətdə məzənnəsi isə zaman-zaman cüzi də olsa, dəyişəcək”.

V.Bayramov dekabr ayında dollara tələbatın yenidən artacağını irəli sürür: "Dövlət müəssisələrinin borc öhdəlikləri var. Onların yerinə yetirilməsi üçün valyutaya ehtiyac yaranacaq. Sözsüz, bu, manatın məzənnəsinin proqnozlaşdırılması anlamına gəlmir. Sadəcə, dollara olan tələbin proqnozlaşdırılmasıdır. Amma güman olunur ki, Mərkəzi Bank o halda belə, mövcud məzənnəni qoruyub-saxlayacaq".


Olimpiya çempionunun xatirə turnirində kütləvi dava – VİDEO

Rusiyanın Krasnodar şəhərində sərbəst güləş üzrə olimpiya mükafatçısı, dördqat dünya çempionu Besik Kuduxovun xatirəsinə həsr olunmuş turnirdə kütləvi dava düşüb.

METBUAT.info xəbər verir ki, Rusiya və Qazaxıstanın 200-dən çox pəhləvanının qatıltdığı yarış zamanı görüşlərdən biri yarımçıq dayandırılıb. Kütləvi davada məşqçilər və idmançılarla yanaşı, azarkeşlər də iştirak edib.

Qeyd edək ki, Besik Kuduxov 2013-ci il dekabrın 29-da avtomobil qəzasında dünyasını dəyişib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan güləşçisi Toğrul Əsgərova uduzub. Daha sonra isə dopinq-testi müsbət nəticə verdiyi üçün Kuduxov gümüş medaldan məhrum edilib.


Əlikram Bayramov toyda döyülməsindən danışdı – VİDEO

ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı müğənni Əlikram Bayramov olub.

METBUAT.info xəbər verir ki, ifaçı toyda başına gələn xoşagəlməz hadisələrdən danışıb.

“Toylarda o qədər yumruq atıb, mikrafonumuzu alıb, qəbiristanlığa basıblar. O, guya nə vaxt olmayıb ki, kimin başına gəlməyib? Dava düşüb, qəbiristanlığa qaçmışıq. Sintezator ifaçısının bir səhvi ucbatından bütün kənd üstümüzə düşmüşdü. Buna görə qaşım çatlayıb. Yerdə necə qalmışamsa, 1 saat sonra ayılıb, demişəm ki, mənə nə olub? Yəni döyülmüşük də, vurulmuşuq da, polisə də düşmüşük”, - deyə o bildirib.


Kredit borcu olanların NƏZƏRİNƏ – Cəza yüngülləşdirilir

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir.

METBUAT.info xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinin sanksiyasında dəyişiklik edilir.

196.1 maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə əsasən, sanksiyadakı 3 ilədək azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilir və yeni cəza növü olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə edilir.

196.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Belə ki, eyni əməllər külli miqdarda ziyan vurduqda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq və azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 3 ildən 2 ilə endiriləcək.

Qanun layihəsi Milli Məclis deputatlarının müzakirəsinə verilib.

Deputat şeyxin qudasını məhkəməyə verdi

Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı Qalib Salahzadəni məhkəməyə verib.

METBUAT.info xəbər verir ki, bu barədə Report-a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib.

Onun sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R.Mustafayev qeyd edib ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

R.Mustafayev bildirib ki, Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsidir.

Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb edən şəxs həbs edildi

Biləsuvarda qadınlara aldadaraq, Türkiyəyə aparan qadın tutulub.

METBUAT.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş İradə Poladova qadınları aldadaraq, Türkiyəyə aparıb, cinsi istismara məruz qoyması faktı ilə əlaqədar İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Samiraldo onu təhqir edənlərin əlindən bezdi: "Özümü öldürə də bilərəm" (VİDEO)

Stilist Samiraldo Instagram-dan paylaşdığı video ilə onu tənqid edənlərə müraciət edib.

METBUAT.info-nun məlumatına görə, stilist sosial şəbəkədə onu təhqir edənlərə etiraz edib və onu niyə söydüklərini anlamadığını bildirib. Samiraldo belə davam edəcəyi təqdirdə, hətta özünü öldürə də biləcəyini sözlərinə əlavə edib:

"Niyə məni bu qədər söyürsüz? Məni tənqid edin, amma söyməyin. Neyləmişəm mən sizə? Təhqir edənləri 2 dəyqəyə tapıb cəzalandıraram. Mən insanam. Mən özümə qəsd də edə bilərəm. Uşaq zorlamışam, yoxsa qız zorlamışam?"


Elzadan yeni şeir: "Burnum axır, fürsət baxır, köhnə çaxır..."

Eməkdar artist Elza Seyidcahan yeni şeirini paylaşıb.

METBUAT.info-nun məlumatına görə, müğənni son şeirini Instagram hesabında paylaşıb.

Elza Seyidcahanın yeni şeirini təqdim edirik:

Qazanım daşdı
kəfini yedim.
Qapağın açdım
üzünü yedim.
Yedim, yedim
dibini yedim.
Qazıb, qazıb
deşdim dibini
qazanın.
Kəfkirim azıb
dibi deşik qazandan
çıxdı havaya,
mən də baxdım
kəfkirdən
deşik-deşik dünyaya.
Qonaq olduq
həsrətini çəkdiyim
röyaya.
Buzlanmış
şaxtadan beynim
isti şorbayadır meylim.
Köhnə saat kəfkiri
çalırdı tamam.
Təzə dərdin yaşları
burnumdan daman.
Günahları içimdə
mən boğan adam.
Köhnə saat kəfkiri
vur, vur
vur əqrəbi
çalsın, çalsın.
Saniyələr səs salsın
burnum axır
fürsət baxır,
köhnə çaxır
vaxt yetişir
kəfkir vurur tamamı,
əqrəb çalır zamanı
səs düşəndə axanı
çəkin, udun,
silin, atın,
burnunuzdan pisləri
Köhnə saat kəfkiri
görür hissləri,
örtür bizləri
___________________________________
a>